
Müvafiq mətni oxuyun və ya dinləyin
7:9 Sonra mən gördüm ki, orada saysız-hesabsız böyük bir izdiham dayanıb. İzdihamın içində hər millətdən, hər tayfadan, hər xalqdan olan, hər dildə danışan adamlar var idi. Onlar taxtın və Quzunun önündə durmuşdular. Hamısının əynində ağ libas, əllərində xurma budaqları var idi. 10 Onlar uca səslə nida edərək deyirdilər:
«Xilas taxtda oturan Allahımızın
Və Quzunun əlindədir!»
11 Bütün mələklər taxtın, ağsaqqalların və dörd məxluqun ətrafında dayanmışdılar. Onlar taxtın önündə üzüstə yerə qapanaraq Allaha səcdə edib deyirdilər:
12 «Amin! Allahımıza şükür, alqış,
Təşəkkür və tərif olsun,
Hikmət, qüdrət və əzəmət
Əbədi olaraq Ona məxsusdur. Amin!»
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.