
Müvafiq mətni oxuyun və ya dinləyin
Həyat çörəyi
6:35 İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənə üz tutan heç vaxt aclıq çəkməz, Mənə iman edən heç vaxt susamaz. 36 Amma artıq sizə dedim, Mənim kim olduğumu da gördünüz, amma iman etmədiniz. 37 Atanın Mənə verdiyi hər kəs Mənə üz tutacaq. Mənə üz tutan kəsdən Mən heç vaxt üz döndərmərəm. 38 Axı göydən enmişəm ki, Öz istəyimi deyil, Məni Göndərən Allahın istəyini yerinə yetirim. 39 Məni Göndərən Allahın da istəyi budur ki, Mənə verdiklərindən heç kəsi itirməyim, əksinə, onları Qiyamət günündə dirildim. 40 Axı Səmavi Atamın istəyi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyatı əldə etsin. Mən də belələrini Qiyamət günündə dirildəcəyəm».
41 Bunları eşidən oradakı Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinməyə başladılar: 42 «Bu, Yusifin Oğlu olan İsa deyilmi? Biz ki Onun ata-anasını tanıyırıq. İndi necə olur ki, “göydən enmişəm” deyir?» 43 İsa onların cavabında dedi: «Aranızda deyinməyin. 44 Əgər Məni göndərən Ata bir kəsin ürəyini Mənə döndərməsə, o Mənə üz tuta bilməz. Mənə üz tutanları Qiyamət günündə dirildəcəyəm. 45 Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənə üz tutur».
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.