Kəşf et

Tədqiqat 5

Ümid bağışlayır

Matta 18:21-35

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İnsafsız qul məsəli

18:21 O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Bir imanlı qardaşım mənə qarşı günah edərsə, mən onu neçə dəfə bağışlamalıyam? Yeddi dəfəmi?» 22 İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, hətta yetmiş dəfə yeddi qədər də günah etsə, onu bağışlamalısan.

23 Səmavi Padşahlıq öz qulları ilə haqq-hesab aparan bir padşaha bənzəyir. 24 Padşah haqq-hesab aparanda onun yanına milyon qızıl pul borcu olan bir qul gətirildi. 25 Amma onun borcunu verməyə pulu olmadı. Onda ağası əmr etdi ki, həmin adamın özü, arvadı, uşaqları köləliyə satılıb, bütün malı da əlindən alınaraq borcu ödənilsin. 26 Bunu görəndə qul yerə yıxılıb baş əyərək dedi: “Bir az gözlə! Mən hamısını ödəyəcəm”. 27 Ağasının qula yazığı gəldi, onu buraxdı və borcunu bağışladı. 28 Qul isə bayıra çıxıb ona yüz gümüş pul borcu olan başqa bir qulla rastlaşdı. Onu tutub “Borcunu ödə!” deyə yaxasından yapışdı. 29 O biri qul yerə yıxılıb yalvarmağa başladı: “Bir az gözlə, borcunu ödəyəcəm”. 30 O isə razılaşmadı. Borcunu ödəyənə qədər onu zindana saldırdı. 31 Baş verən hadisəni görən digər qullar çox kədərləndilər və gedib hadisəni ağalarına danışdılar. 32 O zaman ağa həmin qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün borcunu sənə bağışladım, ona görə ki mənə yalvardın. 33 Axı mənim sənə yazığım gəldi. Bəs sənin niyə o biri qula yazığın gəlmədi?” 34 Ağası qəzəblənib onu borcunu ödəyənə qədər işgəncə verənlərin əlinə verdi. 35 Əgər siz də imanlı qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizinlə elə rəftar edər».

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.