
Müvafiq mətni oxuyun və ya dinləyin
Məsihdən nümunə götürün
2:5 Düşüncələriniz və hissləriniz Məsih İsanınkı kimi olsun. 6 O, İlahi təbiətə malik olduğu halda Özünü Allaha bərabər tutmağını bir haqq saymadı. 7 Bütün Ucalığını kənara qoydu və Allahın bir qulu kimi insan olaraq dünyaya gəldi. Hər şeydə adi insana bənzədi. 8 Özünü aşağı tutub itaətkar oldu. Belə ki, hətta ölümə də, çarmıx üzərində ölməyə də boyun əydi. 9 Buna görə də Allah Onu ən uca məqama qoydu və Ona bütün adlardan ali bir ad bəxş etdi. 10 Bunu etdi ki, hər dəfə İsanın adı çəkiləndə göylərdə, yerdə və yerin altında olanların hamısı səcdə etsin; 11 hər kəs İsa Məsihin Rəbb olduğunu bəyan etsin. Beləcə, Səmavi Atamız Allahı izzətləndirsinlər.
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.