
Müvafiq mətni oxuyun və ya dinləyin
İsa yetmiş nəfəri vəz etməyə yollayır
10:1 Bu hadisələrdən sonra Rəbb daha yetmiş nəfəri xidmət işi üçün təyin etdi. Onları Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. 2 İsa onlara dedi: «Məhsul bol, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. 3 Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. 4 Özünüzlə pul kisəsi, çanta və əlavə çarıq götürməyin. Yol boyu heç kimlə salamlaşıb danışmayın. 5 Hansı evə girsəniz, əvvəl “Evdəkilərə salam olsun!” deyin. 6 Əgər orada salama layiq bir adam varsa, salamınız onun üzərində qalacaq. Yox, əgər belə bir adam yoxsa, salamınız özünüzə qayıdacaq. 7 Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. O evdən başqa evə köçməyin. 8 Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. 9 Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”. 10 Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: 11 “Hətta şəhərinizin ayaqlarımıza yapışan tozunu da sizə xəbərdarlıq olaraq çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”. 12 Sizə düzünü deyirəm: Qiyamət günü Sodomun halı o şəhərin halından daha asan olacaq».
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.